REGİONLAR


Yardımlıda 966 hektardan çox sahənin taxılı biçilib

Yardımlı, 2 iyul, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunun taxıl sahələrində məhsul yığımı kampaniyası davam edir. İndiyədək 966 hektardan çox sahənin taxılı biçilib. Bunun 825 hektarını buğda sahələri təşkil edir.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.

Bildirilib ki, Yardımlı rayonunda bu ilin məhsulu üçün 3579,5 hektar sahədə dənli bitkilər əkilib. Bunun 3186,7 hektarı buğda, 224,3 hektarı arpa, 168 hektarı isə sair dənli bitkilərdir. İndiyədək taxıl sahələrinin 26,9 faizində biçin işləri başa çatıb. Orta hesabla taxıl sahələrinin hər hektardan 22,1 sentner məhsul götürülüb.

Hazırda taxıl yığımı məhsulun vegetasiya dövrünə uyğun olaraq rayonun dağətəyi ərazilərində növbəlilik prinsipi ilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.