REGİONLAR


Yardımlıda Anım Gününə həsr olunmuş “Zəfərimizin memarları“ mövzusunda tədbir keçirilib

Yardımlı, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yardımlı Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr olunmuş “Zəfərimizin memarları” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Vətən müharibəsi iştirakçısı, Yardımlı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov və başqaları Vətən müharibəsində xalqmızın əzmkarlğından, Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən danışıblar.

Çıxışlarda, həmçinin erməni vandalizminin təkcə torpaqlarımıza deyil, insanlarımıza, mədəniyyət abidələrimizə, sərvətlərimizə vurduğu maddi və mənəvi zərərlərdən, Vətən müharibəsində dövlət-ordu-xalq birliyinin necə yüksək vətənpərvərliklə nümayiş olunmasından söhbət açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.