REGİONLAR


Yardımlıda Novruz yarmarkası açılıb

Yardımlı, 11 mart, Bağır Əliyev, AZƏRTAC

Yardımlı şəhərində Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarından ibarət satış yarmarka təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram yarmarkasında vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb.

Yarmarkada ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri yetişdirdikləri məhsulları yerli sakinlərə təklif ediblər.

Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq 25 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyü, çay, sitrus, digər meyvələr və meyvə şirələri çıxarılıb.

Qiymətlərin bazarlardakından 15-20 faiz aşağı olması sakinlər tərəfindən razılıqla qarşılanıb.

Satış yarmarkası Novruz bayramınadək hər həftənin şənbə və bazar günləri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.