REGİONLAR


Yardımlıda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir

Yardımlı, 13 mart, Bağır Əliyev, AZƏRTAC

Ucqar dağ rayonu olan Yardımlıda Prezident İlham Əliyevin Sərəncamına əsasən Olimpiya İdman Kompleksinin tikintisi uğurla davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Yardımlı şəhərindəki Heydər Əliyev prospektində inşa edilən yeni idman obyektinin tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bu, ölkəmizdə inşa edilən sayca 47-ci Olimpiya İdman Kompleksidir.

Üçmərtəbəli əsas korpusda 700 yerlik böyük idman, 160 yerlik güləş zalları, eləcə də boks zalı, voleybol və futbol meydançaları yaradılacaq. Burada, həmçinin mehmanxana binası, 150 kubmetrlik su anbarı, qazanxana, elektrik yarımstansiyası və digər yardımçı tikililər də inşa ediləcək. Yardımlı Olimpiya İdman Kompleksinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.