REGİONLAR


Yardımlıda ağacəkmə aksiyasında iki minə yaxın ağac əkilib

Yardımlı, 9 aprel, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması ucqar dağ rayonu olan Yardımlıda da böyük sevinclə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 8-də bu münasibətlə Yardımlı Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı iki minə yaxın müxtəlif növ ağac əkilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, idarə, müəssisə təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.