REGİONLAR


Yardımlıda dövlət qulluqçularının ümumi sayı 162 nəfərdir

Yardımlı, 8 iyun, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda 36 müəssisə və təşkilat olmaqla, dövlət qulluqçularının ümumi sayı 162 nəfərdir. Dövlət qulluqçularının 3 nəfəri dördüncü, 4 nəfəri beşinci, 9 nəfəri altıncı, 133-nəfəri yeddinci təsnifatda, 13 nəfər isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlərdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, dövlət qulluqçularının yaş qrupları üzrə 30 yaşa qədər olanlar 11, 30-34 yaşda olanlar 17, 35-44 yaşda olanlar 30, 45-54 yaşda olanlar 38, 55-64 yaşda olanlar 62, 65 və yuxarı yaşda olanlar isə 4 nəfərdir.

Ötən il dövlət qulluqçularının rayon üzrə orta aylıq əməkhaqqı 868,7, o cümlədən qadınlar üzrə 1101,5 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.