REGİONLAR


Yardımlıda əhalinin sayı 68704 nəfərə çatıb

Yardımlı, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında dağlar qoynunda yerləşən Yardımlı rayonunun ümumi əhalisinin sayı 689 nəfər artaraq 68704 nəfərə çatıb. Əhalinin 11,1 faizi şəhər, 88,9 faizi kənd sakinləridir. Ərazisi 667 kvadratkilometr olan Yardımlıda əhalinin sıxlığı bir kvadratkilometrə 103 nəfər təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayon üzrə ümumi əhalinin 51 faizi kişilər, 49 faizi isə qadınlardan ibarətdir. İlin əvvəlindən doğulanların sayı 969 nəfər, ölənlərin sayı isə 271 nəfər, miqrasiya saldosu 9 olmaqla, təbii artımın səviyyəsi 698 nəfərdir.

Bu müddətdə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən rayonda hər gün orta hesabla 3 nəfərdən çox doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 18,9 təşkil edib. Respublika üzrə bu göstərici 12,8, Lənkəran iqtisadi rayonu üzrə isə 14,2 nəfərdir. Qeyd edilən tarixə təbii artımın səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 13,6 nəfərdir. Bu, Respublika göstəricisindən təxminən iki dəfədən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.