REGİONLAR


Yardımlıda əsas kapitala 638,8 min manat vəsait yönəldilib

Yardımlı, 3 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Yardımlıda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 638,8 min manat vəsait yönəldilib. Ümumi sərmayənin 268,6 min manatı və ya 42 faizi dövlət, 370,2 min manatı və ya 58 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 622,7 min manatı və ya 97,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, cari ilin əvvəlindən rayonda tikinti sahəsi üzrə fəaliyyətdə olan müəssisələr və fərdi sahibkarlar tərəfindən 4 milyon 757,9 min manatlıq iş görülüb. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyərindən 638,8 min manatı və ya 13,4 faizi dövlət mülkiyyətinə aid müəssisələrin, 4 milyon 119,1 min manatı və ya 86,6 faizi qeyri-dövlət mülkiyyətinə aid subyektlərin payına düşür. İşlərin və göstərilən xidmətlərin ümumi həcmindən 3702,6 min manatı əsaslı təmir, 638,8 min manatı cari təmir, 416,5 min manatı isə digər təmir işləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.