CƏMİYYƏT
Yardımlıda gənclərə startap təlimi keçirilib
Bakı, 23 yanvar, AZƏRTAC
Yardımlı rayonunda “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin növbəti təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri Raci Səfərovun sözlərinə görə, təlim Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin startap layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində 25 gəncin iştirakı ilə reallaşıb.
Tədbirdə peşə və orta məktəblərin şagirdləri təmsil olunub.
Təlimin əvvəlində layihə rəhbəri tərəfindən donor haqqında məlumat verilib, gənclərə layihənin əhəmiyyəti vurğulanıb.
Təlimi beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edib.
Gənclərə startap biznes nədir, onun əhəmiyyəti, startap biznesplanların hazırlanması və strukturu, GZİT təhlili mövzularında məlumat verilib, startap bizneslər təqdim olunub.
Təlimdə Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov da iştirak edib.
Sonda iştirakçılara sertifikatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]