REGİONLAR


Yardımlıda iftar süfrələri açılıb

Yardımlı, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunun yaşayış məntəqələrində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə dindarlarla bərabər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və yerli sakinlər də iştirak ediblər.

Mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Ramazan ayının fəzilətindən söz açaraq bildirib ki, ölkəmiz və xalqımız öz milli, dini dəyərlərinə sadiqdir. “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlərboyu bir millət, bir xalq kimi qoruyub saxlayan bu dəyərlər olub”, - deyə Ayaz Əsgərov qeyd edib.

İftar mərasimlərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.