REGİONLAR


Yardımlıda indiyədək 710 nəfər koronavirusa qarşı peyvənd olunub

Yardımlı, 18 fevral, Bağır Əliyev, AZƏRTAC

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Yardımlı rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Rasim Əkbərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, əhalinin vaksinasiyasi mərkəzi xəstəxanada həyata keçirilir. Bu məqsədlə xəstəxanada 3 həkim briqadası yaradılıb. Onlardan biri səyyar fəaliyyət göstərir.

Xəstəxananın vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

İlkin mərhələdə Yardımlıda 710 nəfərə peyvəndin birinci dozası vurulub. Onlardan 245 nəfəri tibb işçisi, 465 nəfəri isə yaşı 65-dən yuxarı olan rayon sakinləridir. Bu gündən isə yaşı 50-dən yuxarı olan rayon sakinləri də vaksinasiya olunurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvəndlənir.

Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.