REGİONLAR


Yardımlıda informasiya və rabitə sahəsi üzrə əhaliyə göstərilən xidmətlərin həcmi 48,8 faiz artıb

Yardımlı, 2 avqust, AZƏRTAC

Bu ilin altı ayında Yardımlıda 276,7 min manatlıq müxtəlif növ rabitə və informasiya xidmətləri göstərilib.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, göstərilən xidmətlərin 215,8 min manatı dövlət mülkiyyətinə, 60,9 min manatı isə qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür.

İnformasiya və rabitə sahəsi üzrə fəaliyyətdə olan müəssisələrin əhaliyə göstərdiyi xidmətlərin həcmi əlavə dəyər vergisi daxil olmaqla, 281,4 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz çoxdur. Adıçəkilən sahə üzrə faktiki işləmiş işçilərin sayı 68 nəfər, orta aylıq nominal əməkhaqqı işə 410 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.