REGİONLAR


Yardımlıda keçirilən aksiyada mindən çox müxtəlif növ ağac əkilib

Yardımlı, 10 may, Bağır Əliyev, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Yardımlıda keçirilən tədbirlərdə rayon sakinləri böyük rəhbərə olan sevgi və sədaqətlərini nümayiş etdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin təmsilçiləri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yardımlıda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı rayonda 1200 ədəd müxtəlif növ ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.