REGİONLAR


Yardımlıda kənd təsərrüfatı sahəsində ümumi məhsul buraxılışının həcmi 10 faizdən çox artıb

Yardımlı, 12 may, AZƏRTAC

Yanvar-mart aylarında kənd təsərrüfatı sahəsində ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 7 milyon 628,5 min manat təşkil edib.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, ötən ilin payızında 2022-ci ilin məhsulu üçün 3456,0 hektar sahədə payızlıq taxıl bitkiləri əkilib. Onun 3157,0 hektarı payızlıq buğda, 299,0 hektarı isə payızlıq arpa sahəsidir. Payızlıq bitkilərin 3219,0 hektarı əhali təsərrüfatları, 237,0 hektarı isə fermer, kiçik müəssisələr və kooperativ təsərrüfatları tərəfindən əkilib.

Mayın 1-dək rayon üzrə 1335,0 hektar sahədə yazlıq əkin aparılıb. Yazlıq əkin aparılmış sahələrin 403,0 hektarı dənli və dənli paxlalılar, 779,0 hektarı kartof, 153,0 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir.

Hazırda rayonda yazlıq bitkiləri üzrə əkin davam edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.