CƏMİYYƏT


Yardımlıda külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran salafan torba tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekspertizaya təqdim edilən 1 kiloqram 835 qramlıq həmin maddənin heroin olduğu müəyyənləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik maddənin məxsus olduğu şəxs qısa zamanda tapılıb. Narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov təxirəsalınmaz tədbirlərlə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.