REGİONLAR


Yardımlıda məhsul istehsalı və xidmətlərin həcmi 23,3 faiz artıb

Yardımlı, 12 may, AZƏRTAC

Bu ilin birinci rübündə Yardımlıda məhsul istehsalı və xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artaraq 18 milyon 35,3 min manata çatıb.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, məhsul istehsalının 7 milyon 628,5 min manatı aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Sənaye sektorunda məhsul buraxılışı 1 milyon 860,2 min manat, tikinti sektoru üzrə 2 milyon 637,1 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 285,5 min manat, informasiya və rabitə sahəsi üzrə 129,8 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 5 milyon 494,2 min manat olub.

İstehsal olunmuş məhsulun və göstərilmiş xidmətlərin 5,3 faizi dövlət, 94,7 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşür. Məhsul buraxılışının ümumi həcmində xüsusi çəki kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 42,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 30,5 faiz, sənaye sahəsi üzrə 10,3 faiz, tikinti sahəsi üzrə 14,6 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,6 faiz, informasiya və rabitə sahəsi üzrə isə 0,7 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.