Yardımlıda məhsul istehsalının həcmi 13,5 faiz artıb
AzerTAg.az

Yardımlı, 21 fevral, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda 2022-ci ildə məhsul istehsalının 96,4 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə Yardımlıda 98 milyon 56,4 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Ümumi daxili məhsul istehsalının həcminin 57 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 27,2 faizini ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6 faizini tikinti, 5,2 faizini sənaye, 1,5 faizini nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizini isə informasiya və rabitə sahələri təşkil edib. Məhsul istehsalının 3,6 faizi dövlət, 96,4 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus statistik subyektlərin payına düşür.
Xəbərin mətnində orfoqrafik səhv var