REGİONLAR


Yardımlıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 26,9 faiz artıb

Yardımlı, 28 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Yardımlı rayonunda muzdla çalışan işçilərin sayı 4169 nəfər olub. Onlardan 3305 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 864 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda muzdla işləyənlərin 1159 nəfəri qadınlar olmaqla 42 nəfəri kənd təsərrüfatı və meşə, 2 nəfəri emal sənayesi, 151 nəfəri elektrik enerjisi və qaz, 83 nəfəri su təchizatı və tullantılar, 193 nəfəri tikinti, 664 nəfəri ticarət, 49 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 3 nəfəri ictimai iaşə, 77 nəfəri informasiya və rabitədə, 14 nəfəri maliyyə və sığorta fəaliyyəti, 78 nəfəri peşə, elm və texniki fəaliyyətdə, 14 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsi, 359 nəfəri dövlət idarəetməsi və müdafiə, 2046 nəfəri təhsil, 376 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 18 nəfəri isə digər sahələrdə xidmətlər üzrə çalışır.

Diqqətə çatdırılıb ki, bu müddətdə rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artaraq 471,4 manat olub.

Rayonda, həmçinin iqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə peşə, təhsil, peşə elmi və texniki fəaliyyət, elektrik enerjisi, qaz və buxarın istehsalı, eləcə də əhaliyə səhiyyə və sosial xidmətlər sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.