REGİONLAR


Yardımlıda orta aylıq əməkhaqqı 18,1 faiz artıb

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 1-nə Yardımlı rayonunda muzdlu işçilərin sayı 4 min 90 nəfər olub, onlardan 3 min 257 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, cari ilin yanvar-iyun ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,1 faiz artaraq 557,3 manat olub. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, elektrik enerjisi, qaz və buxarın istehsalı və təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Faktiki işləmiş işçilərin sayından 1215 nəfəri qadınlar olmaqla 38 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 nəfəri emal sənayesi, 95 nəfəri elektrik enerjisi, qaz və buxarın istehsalı, 96 nəfəri su təchizatı; tullantıların təmizlənməsi, 157 nəfəri tikinti, 689 nəfəri ticarət; nəqliyyat vasitələrinin təmiri, 33 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 4 nəfəri yaşayışın təşkili və ictimai iaşə, 68 nəfəri informasiya və rabitə, 12 nəfəri maliyyə və sığorta fəaliyyəti, 47 nəfəri peşə, elm və texniki fəaliyyət, 13 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsi, 316 nəfəri dövlət idarəetməsi və müdafiə, 2 min 80 nəfəri təhsil, 395 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 19 nəfəri istirahət, əyləncə və incəsənət, 22 nəfəri isə digər sahələrdə xidmətlər üzrə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.