REGİONLAR


Yardımlıda pərakəndə və topdansatış ticarət dövriyyəsi artıb

Yardımlı, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Yardımlı rayonunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyon 112 min manatlıq, o cümlədən 36 milyon 158 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyon 954 min manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə rayonda pərakəndə ticarət dövriyyəsi real ifadədə 105,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-ərzaq malları üzrə isə 104,2 faiz olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə rayonda istehlak məhsullarının dəyər ifadəsində 3,1 faizi ticarət müəssisələri, 96,9 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslər üzrə 53,5 faiz, fərdi sahibkarlar üzrə isə 4,3 faiz artıb.

Pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 44 milyon 689 min manat təşkil edir. Bunun 1 milyon 88 min 200 manatı və ya 2,4 faizi hüquqi şəxslərin, 43 milyon 600 min 800 manatı və ya 97,6 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşür.

Doqquz ayda rayonda qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 1 milyon 745 min 800 manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Ölkə üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Yardımlı rayonunun xüsusi çəkisi 0,2 faiz təşkil edir. Satılmış malların 63,3 faizi ərzaq, 36,7 faizi isə qeyri-ərzaq malları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.