REGİONLAR
Yardımlıda telefon stansiyalarının ümumi tutumu artıb
Yardımlı, 6 avqust, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda 2020-ci ilin əvvəlinə şəhər yeri üzrə 1, kənd yeri üzrə 24 avtomat telefon stansiyası mövcud olub. Avtomat telefon stansiyalarının ümumi tutumu 5768 nömrə təşkil edib, hazırda onların 70,4 faizindən istifadə edilir.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, ötən illə müqayisədə rayonda telefon stansiyalarının ümumi tutumu 36 nömrə artıb. Rayonda hər 100 ailədən 43,4-ü telefonla təmin olunub. Telefon aparatlarının 29,7 faizi şəhər, 70,3 faizi isə kənd yerlərindədir.
Rayonda genişzolaqlı, yüksəksürətli rabitə avadanlıqlarının tutumu şəhər telefon rabitəsi üzrə 863, kənd telefon rabitəsi üzrə 1649 nömrə olmaqla cəmi 2512 nömrə təşkil edir.
Genişzolaqlı, yüksəksürətli rabitə xidmətlərindən istifadə edən internet abunəçilərinin sayı şəhər telefon rabitəsi üzrə 654, kənd telefon rabitəsi üzrə 1255 olmaqla rayon üzrə cəmi 1909-dur.
Rayonda rabitə kabellərinin ümumi uzunluğu 133,5, fiberoptik kabellərin uzunluğu isə 108,6 kilometrdir.