CƏMİYYƏT
Yardımlıda tüfəngdən açdığı atəşlə qohumuna xəsarət yetirən şəxs saxlanılıb
Bakı, 3 may, AZƏRTAC
Tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməkdə şübhəli bilinən Yardımlı rayonunun Telavar kənd sakini H.Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsinə mayın 1-də Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub. Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]