RƏSMİ XRONİKA
Yardımlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Bakı, 4 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev Ümummilli Liderin adını daşıyan parkla tanış oldu.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.
Parkın girişində müasir üslubda üç aşırımlı giriş qapısı inşa olunmuşdur. Burada üç fəvvarə, suvarma və işıqlandırma sistemi quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.03.2024 [13:50]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 18.03.2024 [12:44]