REGİONLAR


Yardımlıda yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb

Yardımlı, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

“Xaşxaş-2021” şərti adı ilə həyata keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yardımlı rayonunun Arvana kəndi ərazisində 105 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 1434 kiloqram olan 10 min 247 ədəd xaşxaş kolu aşkarlanıb və yandırılaraq məhv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.