REGİONLAR


Yardımlıda yeni üzüm bağları salınıb

Yardımlı, 15 fevral, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri üzümçülükdür. Sovet dövründə rayonda üzümçülük üzrə ixtisaslaşdırılmış iki sovxoz fəaliyyət göstərirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlıda uzun müddət tənəzzül dövrünü yaşayan üzümçülük ölkəmizdə kənd təsərrüfatının inkişafına, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində yenidən dirçəlməyə başlayıb.

Üzümçülük əsasən rayonun Ərus, Şıxlar və Şiləvəngə kəndlərində yenidən inkişaf etdirilir.

Hazırda rayonda 4 hektar sahədə yerli şəraitə uyğunlaşdırılmış üzüm bağları salınıb. Üzüm bağlarını suvarmaq məqsədilə damcı üsulu ilə müasir suvarma sistemi qurulub. Sahələrə vaxtında lazımi aqrotexniki qulluq göstərilir.

Gələn il yeni salınmış üzüm bağlarından ilk məhsul yığılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.