CƏMİYYƏT


Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb

Bakı, 23 mart, AZƏRTAC

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.