REGİONLAR
Yardımlının Şıxlar və Bilnə kəndlərində inşa edilmiş modul tipli yeni məktəb binaları istifadəyə verilib
Yardımlı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 10-da Yardımlı rayonunun Şıxlar və Bilnə kəndlərində inşa edilmiş modul tipli yeni məktəb binaları istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şıxlar kənd tam orta məktəbi üçün inşa edilmiş 80 və Bilnə kənd ümumi orta məktəbi üçün inşa edilmiş 40 şagird yerlik yeni modul tipli məktəblərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov müəllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Hər iki kəndin sakinləri ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]