DÜNYA


Yarım ildə Atatürk hava limanı 32 milyondan çox sərnişinə xidmət göstərib

Bakı, 24 iyul, Elvin Camalov, AZƏRTAC

Bu ilin yanvar-iyun ayında İstanbulun Atatürk hava limanı 32 milyon 558 min 271 sərnişinə xidmət göstərib.

AZƏRTAC “olaymedya.com” saytına istinadla xəbər verir ki, cari ilin altı ayında İstanbuldakı hava limanlarında 48 milyon 818 min 527 sərnişinə xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 5 milyon 501 min 93 nəfər çoxdur.

Qeyd edilən dövrdə Sabiha Gökçen hava limanından isə 16 milyon 260 min 256 sərnişin istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.