İQTİSADİYYAT


Yarım ildə Bakıda 19 milyon ton neft, 8,8 milyard kubmetr qaz hasil olunub

Bakı, 6 avqust, AZƏRTAC 

Bu ilin birinci yarısında Bakıda xam neftin hasilatı 19 milyon 73,2 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qazın istehsalı isə 8 milyard 856,2 milyon kubmetr təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.