REGİONLAR


Yarım ildə Masallıda süni mayalanma yolu ilə 1318 baş sağlam buzov doğulub

Masallı, 27 iyul, Bağır Əliyev, AZƏRTAC

İlin birinci yarısında Masallı rayonunda süni yolla mayalandırılmış 1245 iribuynuzlu mal-qaradan 1318 baş sağlam buzov doğulub.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, süni mayalanma yolu ilə doğulan hər buzova görə 100 manat olmaqla 131 min 800 manat vəsait hesablanıb. Bu məbləğin bir hissəsi artıq vətəndaşların hesabına köçürülüb.

Qeyd edək ki, bu ilin 6 ayında Masallıda iribuynuzlu mal-qaranın sayı 73 min 219, davarların sayı 93 min 337 baş olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.