İQTİSADİYYAT


Yarım ildə SOCAR 3,2 milyard kubmetr qaz hasil edib

Bakı, 27 iyul, AZƏRTAC

SOCAR üzrə təbii qaz hasilatı 5,3 faiz artıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə SOCAR üzrə qaz hasilatı birinci rüblə müqayisədə 5,29 faiz artaraq 1,66 milyard kubmetrə çatıb. Birinci yarım ildə SOCAR üzrə 3,2 milyard kubmetr qaz hasil olunub.

Cari ilin altı ayı ərzində ölkə üzrə isə ümumilikdə 14,36 milyard kubmetr qaz hasil edilib. Yarım ildə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.