Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yarım ildə Strateji Yol xəritələri üzrə Energetika Nazirliyi tərəfindən müvafiq işlər görülüb

Yarım ildə Strateji Yol xəritələri üzrə Energetika Nazirliyi tərəfindən müvafiq işlər görülüb

Bakı, 2 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə işçi qrupunun 2, Strateji Yol Xəritəsinin prioritetləri üzrə alt işçi qruplarının isə 4 iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclaslarda Strateji Yol Xəritəsinin Tədbirlər Planında 2018-2019-cu illərdə icrası nəzərdə tutulmuş tədbirlər, eləcə də monitorinq və qiymətləndirmə sualları ilə bağlı müzakirələr aparılıb, görülmüş işlər nəzərdən keçirilib, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışına dair təkliflər hazırlanıb.

Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması ilə bağlı beynəlxalq məsləhətçi şirkətlər və yerli mütəxəssislər tərəfindən tədqiqatlar aparılıb, ənənəvi mənbələr üzrə qaz və mazut, alternativ və bərpaolunan enerji mənbələri üzrə isə külək, günəş və bio enerji prioritetlər kimi müəyyənləşdirilib.

İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı Strateji Yol Xəritəsində nəzərdə tutulmuş 420 meqavat güc qoyuluşunun təmin olunmasının özəl investisiyalar hesabına həyata keçirilməsi məqsədilə stimullaşdırıcı tariflər, hərraclar və sair ilə bağlı beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə müvafiq qanunvericilik aktlarının layihələri işlənilib. Əlavə istehsal güclərinin yaradılması tədbiri üzrə ölkənin 2025-ci və 2030-cu ilədək elektrik enerjisinə olan tələbatı proqnozlaşdırılıb və bu tələbatın ödənilməsi imkanları müəyyən edilib.

Alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsi üzrə də işlər həyata keçirilib və bu potensialdan istifadənin təmin edilməsi üçün beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə görüləcək işlərin vaxt qrafiki və planı tərtib olunub.

İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi üzrə müvafiq təkliflər hazırlanıb. Bu təkliflər özəl investisiyanın cəlbi üçün hüquqi və tənzimləyici mexanizmin formalaşdırılması, təşviqedici tədbirlərin tətbiqi, dövlət təminatlarının müəyyənləşdirilməsi və bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərin prioritetləşdirilərək hərraca çıxarılmasını nəzərdə tutur.

Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi çərçivəsində həm ötürücü, həm də paylayıcı şəbəkədə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri əsasında səmərəliliyin artırılması üzrə tədbirlər həyata keçirilib.

Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin tətbiq edilməsi üzrə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Almaniyanın “VPC” şirkəti, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən əsas icra göstəriciləri müəyyən edilib. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması təklif olunub.

Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi üzrə “Elektroenergetika haqqında” qanun layihəsi beynəlxalq ekspertlər cəlb edilməklə yenidən işlənərək razılaşdırılması üçün Nazirlər Kabinetinə təqdim edilib. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsi hazırlanır. Layihəyə dair rəy və təkliflər müvafiq İşçi Qrupu tərəfindən müzakirə edilib.

Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi üzrə qaz sayğacIarına və xətlərinə kənar müdaxilə ilə əlaqədar yaranan itkilərin hesablanması ilə bağlı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə” qərar layihəsi hazırlanıb. Sənəd razılaşdırılma mərhələsindədir.

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə araşdırmaların həyata keçirilməsi üçün vəsait ayrılıb və hazırda beynəlxalq şirkətin seçilməsi üçün tender prosesi yekunlaşmaq üzrədir.

İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanıb və razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib. İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi ilə bağlı isə hazırda Almaniyanın “VPC” şirkəti tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində istilik qazanxanalarının auditi aparılır.

Birinci yarım ildə Energetika Nazirliyi tərəfindən, həmçinin “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə görülmüş işlərə dair hesabat hazırlanaq İqtisadiyyat Nazirliyinə təqdim edilib. Tədbirlər Planının “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” tədbiri üzrə istehsal prosesində enerjidən səmərəli istifadəyə dair beynəlxalq nümunələri əks etdirən çap məhsulları hazırlanaraq “Azərişıq” ASC-nin Tədris Mərkəzinə təqdim edilib.

Hesabat dövründə “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin icraçısı olduğu tədbirlərlə bağlı işçi qrupunun isə 5 iclası keçirilib. İclaslarda tədbirlərin icra vəziyyəti təhlil edilib, yeni tapşırıqlara müvafiq rəy və təkliflər, monitorinq və qiymətləndirmənin nəticələri, işçi qrupunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə isə Energetika Nazirliyinin əsas icraçısı olduğu “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” tədbirinin icrası ilə bağlı Energetika Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə nümunə kimi seçilmiş istixanalardan birinin istilik təchizatında günəş kollektorları, bioqaz və termal su ehtiyatlarının potensialından istifadə etməklə pilot layihənin hazırlanması və həyata keçirilməsi təklif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir