REGİONLAR


Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb

Zaqatala, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin birinci yarısında Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz və ya 28 milyon 685 min manat artaraq 149 milyon 326 min manat olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 6 ayda rayonda 65 milyon 814,3 min manatlıq sənaye, 41 milyon 90 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 11 milyon 852 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,6 faiz, kənd təsərrüfatında 1 faiz, tikintidə isə 6,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.