İQTİSADİYYAT


Yarım ildə əsas kapitala 5,9 milyard manat yönəldilib

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında əsas kapitala 5 milyard 956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalıb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil edib.

Həmçinin əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.