İQTİSADİYYAT
Yarım ildə ölkədə elektrik enerjisi istehsalı artıb
Bakı, 15 iyul, AZƏRTAC
Yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 278 milyon kilovat/saat, ixracı 99,01 milyon kilovat/saat, idxalı 12,1 milyon kilovat/saat olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyunda respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 milyon kilovat/saat, ixrac 0,4 milyon kilovat/saat, idxal isə 2,9 milyon kilovat/saat artıb.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 milyon kilovat/saat artaraq 13 milyard 206 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 milyon kilovat/saat artaraq 12 milyard 247,5 milyon kilovat/saat, SES-lərdə 92,5 milyon kilovat/saat artaraq 772,5 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 47,1 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 26,2 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Yarım ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 milyard 829,2 milyon kilovat/saat (İES-lərdə 11 milyard 153 milyon kilovat/saat, SES-lərdə 676,2 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211 milyon kilovat/saat (İES-lərdə 99,9 milyon kilovat/saat, SES-lərdə 87,1 milyon kilovat/saat, GES-də 24 milyon kilovat/saat), müstəqil elektrik stansiyaları üzrə 1 milyard 131,1 milyon kilovat/saat təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 669 milyon kilovat/saat olmaqla 2020-ci ilin müvafiq ayları ilə müqayisədə 48,2 milyon kilovat/saat, idxalı isə 88,9 milyon kilovat/saat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 17,4 milyon kilovat/saat artıb.