İQTİSADİYYAT
Yarım illikdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 424 milyon dolları ötüb
Kiyev, 19 iyun, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 424 milyon dolları ötüb.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda Azərbaycan bu ölkəyə 204,9 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 219,7 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev