Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yarım qalan arzu və xəyallar yenidən gerçəkləşəcək – Zəngilandan reportaj VİDEO

Zəngilan, 4 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

27 ildən sonra doğma yurdları Zəngilana ayaq basan Cavadlı qardaşlarının sevinci yerə-göyə sığmırdı. Onlar uzun illər yurd həsrəti çəksələr də, bu gün öz torpaqlarına sevinc göz yaşları ilə qayıtdılar. Ancaq Zəngilanda evlərini tapmaqda çətinlik çəkdilər. Səbəb isə həmin yerlərin erməni vəhşiliyi nəticəsində xarabalığa çevrilməsidir. Bir vaxtlar abad Zəngilandan indi geriyə dağılmış, kol-kos basmış yurd yeri qalıb...

AZƏRTAC-ın bölgə müxbiri Mahir və Salam qardaşları ilə birlikdə Zəngilanda olub, onların təəssüratlarını qələmə alıb.

1993-cü il oktyabrın 29-u Zəngilanın düşmənə dirəniş göstərdiyi son gün. Ətraf rayonlar işğal edilməsinə baxmayaraq, zəngilanlılar doğma torpaqlarını qorumağa çalışırdılar. Lakin qeyri-bərabər döyüş nəticəsində Araz çayı vasitəsilə Zəngilanı tərk etməli oldular.

Məcburi köçkün həyatı yaşayan zəngilanlılar ümidlərini bir an belə itirmədilər, Zəngilana mütləq geri dönəcəklərinə inandılar. İllər keçdi... 2020-ci il oktyabrın 20-də Vətən müharibəsinin 23-cü günündə bu ümidlər gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu digər torpaqlarımız kimi, Zəngilanı da yağı düşməndən azad etdi.

İllər sonra Zəngilana geri dönən Cavadlı qardaşları gördükləri mənzərədən çox təsirləndilər. Şəhərdə dəmir yolu vağzalının ərazisində yalnız dağılmış divarlar qalıb. 1932-ci ildə istifadəyə verilən dəmir yolu vağzalında işğala qədər qatar fitləri eşidilib, işlək dəmir yolu reysləri parlaqlığı ilə seçilib. İndi nəinki vağzal binasından, heç relslərdən belə əsər-əlamət qalmayıb. Səbəb isə məlumdur. Erməni barbarlığı...

Artıq Zəngilan əsl sahiblərindədir, şəhər dirçəlməyə başlayır. Havası, suyu, təbiəti ilə gözəl olan Zəngilan qısa müddətdə abad şəhərə çevriləcək.

Söhbət zamanı Mahir Cavadlı bildirir ki, vağzal gözəlliyi, abadlığı ilə göz oxşayırdı: “Burada Cəfər Cabbarlı və Səməd Vurğunun heykəlləri var idi. Amma indi kol-kos içində itib-batan vağzalın divarlarının qalıqları qalıb. Bu, erməni xislətinin göstəricisidir. Şükürlər olsun ki, torpaqlarımız bizdədir. Əminəm ki, bu yerlər qısa müddətə bərpa ediləcək, əvvəlkindən də gözəl və abad olacaq”.

Şəhərin məhəllələrindən biri ilə hərəkət edirik. Ətrafda gördüklərimiz kol-kos basmış küçələr və dağıdılmış evlərdən qalan divarlardır. Qardaşlar sanki şəhərin hər məhəlləsi ilə söhbətləşir, xatirələrini bölüşürlər. Gəzə-gəzə məscidə gəlib çıxırlar. Erməni vəhşiliyinin daha bir sübutu. Məscidin təkcə divarları qalıb. Bu, özlərini dünyaya “mədəni dövlət” kimi təqdim edən ermənilərin barbarlığının daha bir nümunəsidir. Azərbaycan dövləti bu məscidi də bərpa edəcək, artıq layihəsi də hazırdır. Yaxın gələcəkdə dini ocaqda zəngilanlılar yenidən ibadət edəcəklər.

“Bura məscid idi, ərazi isə “məscidqabağı” adlanırdı. Zəngilanlılar bu məsciddə dualarını edib, namazlarını qılıblar. Hər zaman görüş yerimiz də “məscidqabağı” dediyimiz bu yer olub. Lakin gördüyünüz kimi, ermənilər dini abidələrimizi də məhv ediblər. Bu, onların necə işğalçı dövlət olduğunu göstərir. Əminəm ki, məscidimiz tezliklə yenidən qurulacaq. Zəngilanlılar həmişə olduğu kimi, burada öz ibadətlərini edəcəklər”, - deyə Mahir Cavadlı bildirir.

Yenidən Zəngilanın küçələri ilə addımlayırıq. Salam Cavadlı vaxtilə şəhərin ilk tikilən ictimai yaşayış binasını qalıqlarından tanıyır. Deyir ki, bu binada bir çox ziyalı yaşayıb. Bina öz gözəlliyi və tarixiliyi ilə seçilirdi. Təəssüf ki, onun da divarları qalıb.

Qardaşlar təəccüb içərisindədirlər, doğma ata yurdlarını, evlərini tapmaqda çətinlik çəkirlər. Bir neçə küçə gəzdikdən sonra nəhayət, doğma evlərini nişanələrlə tapa bilirlər. Onlara evlərini tapdıqda kömək edən işarə isə rəhmətə gedən qardaşlarının vaxtı ilə evin divarlarına çəkdiyi naxışlar olur. Mahir və Salam xatirələrini canlandıraraq evlərini qalıqlarından tanıyırlar. Kədərlə sevinc göz yaşları bir-birinə qarışır. Sadəcə susurlar. Nə deyəcəklərini belə bilmirlər...

Mahir Cavadlı bildirir ki, evin divarındakı nişanı Cavad adlı qardaşı işləyib: “Xüsusi qəlibləri vardı, onun içərisində naxış hazırlamışdı və evin divarına vurmuşdu. Bu nişan olmasaydı, biz nəinki öz evimizi, hətta məhəlləmizi və evə gedən yolları tapa bilməzdik”.

İki qardaş nə qədər ağır olsa da, sevinclərini bölüşürlər. “Bu hisslərdən gözəli yoxdur. Çünki illərdir həsrətində olduğumuz doğma yurdumuzda gəzirik. Torpağın əsl sahibləri gəlib. İnanırıq ki, azadlığa qovuşan torpaqlarımız qısa müddətdə abad şəhər çevriləcək və burada yarım qalan xəyallar, arzular yenidən gerçəkləşəcək, Zəngilan öz qüdrətini geri qaytaracaq”, - deyə Salam Cavadlı söyləyir.

Artıq uzun illərin yurd həsrətinə son qoyuldu. İndi Zəngilan yenidən qurulur, bərpa olunur. Cavadlı qardaşlarının da dediyi kimi, Zəngilan əvvəlkindən də gözəl olacaq, insanlar xoşbəxt yaşayacaq, firavan ömür sürəcəklər. Elə bu arzu ilə də Zəngilandan ayrılırıq...

Yarım qalan arzu və xəyallar yenidən gerçəkləşəcək – Zəngilandan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib