İQTİSADİYYAT
Yarımildə bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin həcmi 93,3 milyard manat olub
Bakı, 4 avqust, AZƏRTAC
Altı ayda rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25,5 milyon ədəd, həcmi isə 93,3 milyard manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, aparılan köçürmələrin say üzrə 76 faizi (19,3 milyon ədəd), həcm üzrə isə 70 faizi (64,9 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb. 2021-ci ilin I yarımili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 58,5 faiz, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2,4 dəfə artaraq müvafiq olaraq 59 milyard və 1,6 milyard manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]