İDMAN


Yarış zamanı qəzaya uğrayan niderlandlı velosipedçi komaya düşüb

Bakı, 6 avqust, AZƏRTAC

Niderlandlı velosipedçi Fabio Yakobsen Polşada təşkil olunan yürüşdə ciddi qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “Deceuninck-QuickStep” komandasının velosipedçisi yarış zamanı “Jumbo-Visma”nın üzvü Dilan Qrunevegenlə toqquşaraq trasdan kənara düşüb.

Komada olan idmançı kəllə-beyin travması alıb və çoxlu qan itirib.

Daha 4 velosipedçi isə zədələnib. Onlardan 2-si xəstəxanaya çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.