İQTİSADİYYAT


Yaroslavl ilə Bakı arasında birbaşa aviareyslərin açılması imkanları nəzərdən keçirilir

Bakı, 11 sentyabr, AZƏRTAC

Rusiyanın Yaroslavl vilayəti ilə Bakı arasında birbaşa aviareyslərin açılması imkanları nəzərdən keçirilir.

AZƏRTAC Rusiya saytlarına istinadla xəbər verir ki, “Yaroslavl vilayəti ilə Azərbaycan Respublikası arasında iqtisadi-ticari əməkdaşlıq” onlayn biznes missiyası baş tutub. Biznes-missiyada 20-dən çox şirkətin nümayəndələri iştirak edib. Dəyirmi masa və B2B formatında keçirilən tədbirdə sahibkarlar sənaye və qida istehsalı, turizm və kənd təsərrüfatı sahələrində uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq qurmaq imkanlarını müzakirə ediblər.

“Azərbaycanla Yaroslavl arasında ticarət dövriyyəsi hazırda məhduddur, lakin son illərdə biz biznes missiyalar formatında işgüzar münasibətləri inkişaf etdirmək üçün məqsədyönlü siyasət yürüdürük. Vilayət maşınqayırma, mühərrik istehsalı, kimya, neft-kimya, əczaçılıq sənayesində yüksək təcrübələr təqdim etməyə hazırdır. Əməkdaşlıq üçün perspektivli sahələr arasında kənd təsərrüfatı məhsulları, qida sənayesi və turizm sahəsi də var”, - deyə vilayətin Baş Nazirinin müavini Maksim Avdeev bildirib.

Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, vilayətin Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biri olmaq potensialı var. Cari ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9 faiz artıb. Bundan əlavə, Azərbaycan ikitərəfli turizmin inkişafı, müştərək turizm məhsullarının yaradılmasında maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.