REGİONLAR
Yas mərasimləri təmtəraqdan uzaq olmalıdır
AZƏRTAC xəbər verir ki, yığıncaqda yas mərasimlərinin böyük təmtəraqla təşkil olunmasından, bu zaman yol verilən israfçılıqdan söhbət açılıb. Rayon ağsaqqalları din xadimlərinin sadə yas məclislərinin keçirilməsi təklifini razılıqla qarşıladıqlarını bildirərək, bu cür məclislərin kasıb və varlılar üçün eyni səviyyədə keçirilməsini, süfrələrdə çay, halva, xurma olması ilə kifayətlənməyi məsləhət görüblər.
Bildirilib ki, məclislərin təmtəraqlı keçirilməsi bir çox ailələrin sıxıntı və maddi çətinliklə üzləşməsinə səbəb olur. Odur ki, ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə olmalıdır.
Çıxışlarda yas mərasimlərində israfçılığın qarşısının alınması, təmtəraqlı ehsan süfrələrinin sadələşdirilməsi məqsədilə əhali arasında maarifləndirmə və izahat işlərinin aparılmasının vacibliyi vurğulanıb.