MƏDƏNİYYƏT


Yaşa dilim – Ana dilim...

Bakı, 20 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Yaşa dilim – Ana dilim” başlığı altında tədbir təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikirlərdən ibarət videoçarx nümayiş olunub.

BDU-nun müəlliməsi Şəhla Yəhyazadə Azərbaycan dili ahəngi, rəvanlığı, səlisliyi, axıcılığı və musiqililiyi ilə dünya dilləri içərisində özünəməxsus yer tutduğunu qeyd edib.

Tədbirdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi Xalq folkloru dərnəyinin rəhbəri Güllü Nuriyeva və 260 nömrəli tam orta məktəbin şagirdləri ana dilimiz haqqında fikirlər söyləyib, şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.