MƏDƏNİYYƏT


Yasamal MKS Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbirləri davam etdirir

Bakı, 28 iyul, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirib.

MKS-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın müdiri Yəmən Əmirova şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O bildirib ki, böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalıb. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilməyib. O, bir dəfə də olsun xalqına və qələminə xəyanət etməyib. Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda repressiya qurbanı olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək.

Sonra böyük kitabxanaçı Afət Ağayeva Əhməd Cavad poeziyasından söhbət açıb. O bildirib ki, Əhməd Cavadın şeirləri realist məzmunu və sadəliyi ilə seçilir, hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edib. O, “Çırpınırdı Qara dəniz”, “Al bayrağa”, “Dan ulduzu” şeirlərindən parçalar söyləyib.

Kitabxanada hazırlanmış “Əhməd Cavad–130” başlıqlı sərgidə isə kitabxananın fondunda olan şairin kitabları nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.