MƏDƏNİYYƏT


Yasamal kitabxanasının “Milli Qəhrəmanları unutmuruq” layihəsi davam edir

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Milli Qəhrəmanları unutmuruq” layihəsini davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilir.

Kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva “İyul ayında doğulan Azərbaycanın Milli qəhrəmanları” adlı videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycanın Milli qəhrəmanları Ramiz Qəmbərov, Tahir Bağırov, Sərxan Ocaqverdiyev, Asif Məhərrəmov və Fəxrəddin Musayevin fotoları nümayiş olunub və onların qəhrəmanlıq yolu haqqında məlumatlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.