MƏDƏNİYYƏT


Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 9-da paytaxtdakı 52 və 53 nömrəli tam orta məktəblərin şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.