MƏDƏNİYYƏT


Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin beynəlxalq layihələri uğurla davam edir

Bakı, 30 noyabr, AZƏRTAC

Rusiyanın Orenburq rayonunun “Podqorodnyaya Pokrovka Mədəniyyət və Kitabxana Xidməti Mərkəzi”nin nəzdindəki modern kitabxananın müdiri Vera Filippova Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşlarına “İnteraktiv plakatların hazırlanması” mövzusunda ustad dərsi keçib.

Mərkəzi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videogörüntü vasitəsilə keçirilən ustad dərsində kitabxana əməkdaşlarına kosmonavt Yuri Qaqarinin həyatı ilə bağlı materialların, fotoşəkillərin, mahnıların toplanması əsasında interaktiv plakatın hazırlanması prosesi öyrədilib.

Telekörpü zamanı “Ədəbi təqvim” şəbəkə aksiyası çərçivəsində Orenburq kitabxanasının daha bir interaktiv plakatın hazırlanması təcrübəsi ilə də tanışlıq olub. Yazıçı Vyaçeslav Şişkovun anadan olmasının 145 illiyinə həsr edilən interaktiv plakatda ədibin həyat və yaradıcılığı maraqlı formatda əks edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.