MƏDƏNİYYƏT


Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxanası virtual xidmətlərini davam etdirir

Bakı, 4 iyul, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası sosial izolyasiya qaydaları ilə əlaqədar virtual xidmətlərini davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın növbəti virtual qonağı bir neçə uşaq kitabının müəllifi, yazıçı Gülarə Munis olub. Canlı yayım zamanı yazıçı “Avrasiya şairlər antologiyası” kitabı haqqında məlumat verib və kitabda 10 qəzəlinin yer aldığını qeyd edib. Sevdiyi mövzunun qəzəl və mənsur şeir olduğunu vurğulayan yazıçı, “Dəniz” şeirini də izləyicilər üçün səsləndirib.

Gülarə Munis Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolundan bəhs edən “Emin, sən ölməmisən” və on beşinci kitabı olan “Son dayanacaq” haqqında məlumat verib. Kitabda Qarabağ uğrunda döyüşlərdə şəhid və əlil olan igidlərimiz, Milli Qəhrəmanımız barədə sənədli hekayələr cəm olunub.

Canlı yayımda yaradıcılığı haqqında dolğun məlumat verən Gülarə Munis izləyici suallarını da cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.