CƏMİYYƏT


Yasamal rayon sakinin avtomobilini qaçıran şəxslər Zərdab rayonunda saxlanılıblar

Bakı, 10 may, AZƏRTAC

İkinci Alatava yaşayış sahəsində yaşayan Ələddin Orucov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edərək mayın 9-na keçən gecə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyənləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu və Zərdab Rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev və Kürdəmir rayon sakini Mehdi Hüseynov Zərdab rayonu ərazisində saxlanılıblar.

Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkarlanıb və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılıb. Həmin maşına məxsus 27-BR-862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkarlanıb.

Aparılan ətraflı əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini Sakit Cavadova məxsus “VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyənləşdirilib.

Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.