CƏMİYYƏT


Yasamal rayonu ərazisində avtomobildən pul, mobil telefon və geyim əşyaları oğurlanıb

Bakı, 19 mart, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 13-də Yasamal rayonu ərazisində “Jeep” markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə 148 manat pul oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən olunub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.