CƏMİYYƏT


Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən N.Niftəliyevanın qohumu, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.